• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Azad Əliyev adına violinçilərin I beynəlxalq müsabiqəsi

    Bu müsabiqə Azərbaycanın məşhur violin ifaçısı xalq artisti, professor Azad Əliyevin anadan olmasının 90 illiyinə həsr olunur.

    11-18 dekabr 2018-ci il
    Bakı, Azərbaycan
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalı. Bakı şəh., Ş.Bədəlbəyli küç., 98.

    Dəstək olan təşkilatlar:
    • Azərbaycan Respublikası Təhsil Nazirliyi;
    • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi;
    • Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.
    Müsabiqənin təşkilatı və keçirilməsi üzrə əsas tədbirləri Təşkilat Komitəsi həyata keçirir.
    Müsabiqə barədə məlumatla Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və www.azadaliyev.com saytlarında tanış olmaq olar.
    Müsabiqə iştirakçılarının yaş kateqoriyaları
    1.A qrupu – (7-9 yaş)
    2.B qrupu – (10-12 yaş)
    3.C qrupu – (13-15 yaş)
    4.D qrupu – (16-18 yaş)
    5.E qrupu – (19-21 yaş)
    6.F qrupu – (22-25 yaş)
    7.G qrupu – yaş limiti yoxdur. (Yalnız konsertmeyster ustalığı nominasiyasına aiddir)


    Müsabiqənin keçirilmə müddəti və yeri
    11-18 dekabr 2018-ci il
    Bakı, Azərbaycan
    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalı. Bakı şəh., Ş.Bədəlbəyli küç., 98

    Müraciətlərin qəbulu.
    Müsabiqədə iştirak etmək üçün 2018-ci il, 10 noyabr tarixinə qədər onlayn müraciəti doldurub göndərilməli və aşağıdakı sənədlər əlavə edilməlidir.
    • Doğum haqda şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin və ya pasportun (şəkil və qeydiyyat olan səhifəsi) surəti;
    • 2 ədəd ağ-qara fotosu (10,5x15sm.)
    • Qısa yaradıcılıq tərcümeyi halı
    • Proqram
    • Müsabiqədə iştirak etmək üçün ödəniş barədə qəbzin surəti

    Proqram
    Solo
    I tur

    A,B,C,D,E qrupları

    Etüd, 2 müxtəlif xarakterli pyes (texniki və lirik) – mak.20 dəq.

    F qrupu
    Kapris (H.Venyavski və ya N.Paqanini), 2 müxtəlif xarakterli pyes (texniki və lirik) – mak.25 dəq.

    II tur

    A,B,C,D,E,F qrupları

    Konsert I hissə və ya II, III hissələr, Azərbaycan bəstəkarının pyesi. – mak. 30 dəq.

    Bütün əsərlər əzbər ifa olunur.

    Violin dueti

    I tur

    A,B,C,D,E,F qrupları
    2 müxtəlif xarakterli pyes - mak.15 dəq.

    II tur

    Konsert I hissə və ya II,III hissələr – mak. 15 dəq.

    Kamera ansamblı

    C,D,E,F qrupları
    (duet: violin-f-no, trio: fortepiano triosu, simli trio, kvartet: fortepiano kvarteti, simli kvartet, kvintet: fortepiano kvinteti, simli kvintet)

    I tur

    XVIII-XIX əsr Qərbi Avropa bəstəkarının əsərindən 1 və ya 2 hissə, Azərbaycan bəstəkarının əsərindən 1 və ya 2 hissə - mak.20dəq.

    II tur

    Sərbəst proqram (bir neçə əsərdən hissələr) – mak.20 dəq.

    Konsertmeyster ustalığı

    D,E,F,G qrupları

    Müsabiqə iştirakçısını I və II turlarda müşaiət etdiyi bütün əsərlər

    Müsabiqə iştirakçıları bir və bir neçə nominasiya üzrə yarışmaq hüququna malikdirlər.

    Müsabiqəyə təqdim olunan proqramda sonradan düzəlişə qəti icazə verilmir.

    Qiymətləndirilmə
    Münsiflər heyəti 10 bal sistemi üzrə qiymətləndirmə aparacaqdır. Bərabər
    ballar zamanı münsiflər heyətinin sədri daha bir səsə malik olur.
    Mükafatlandırılma

    Bütün müsabiqə iştirakçıları arasında maksimum bal toplayan iştirakçı Qran Pri mükafatına layiq görüləcəkdir. Qran Pri mükafatı qiymətli hədiyyədən ibarət olacaq.
    Münsiflər heyəti hər bir nominasiya və yaş qrupları üzrə laureat 1-ci yer, laureat 2-ci yer, laureat 3-cü yer, diplomant 1-ci yer, diplomant 2-ci yer, diplomant 3-cü yer və iştirakçı diplomu təltif edə bilər. Münsiflər heyətinin həmçinin, bu mükafatların hansınısa təltif etməmək hüququ vardır.

    Müsabiqədə iştirak haqqı

    Solo

    A,B,C yaş qrupları üzrə - 40 avro
    D,E,F yaş qrupları üzrə - 50 avro

    Violin dueti

    A,B,C yaş qrupları üzrə - 70 avro
    D,E,F yaş qrupları üzrə - 80 avro

    Kamera ansamblı

    (ansambl üzrə)
    C yaş qrupu üzrə duet - 70 avro, trio – 80 avro, kvartet – 90 avro, kvintet – 100 avro
    D,E,F yaş qrupları üzrə duet - 80 avro, trio – 90 avro, kvartet – 100 avro, kvintet – 120 avro

    Konsertmeyster ustalığı

    D,E,F yaş qrupları üzrə - 40 avro
    G yaş qrupu üzrə - 50 avro

     

     

    Valyuta EUR
    Benefisiarın Bankı Kapital Bank ASC Mərkəzi filialı
    Filialın kodu 200026
    VÖEN 9900003611
    SWIFT kod AIIBAZ2X
    Müxbir hesab AZ37NABZ01350100000000001944
    Benefisiarın Adı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası
    Hesab N AZ74AIIB38190019780137824102
    VÖEN 1400299531


    Hər bir iştirakçı əlavə nominasiyalarda yarışa qatıla bilər. Bu zaman əlavə nominasiya üçün 25% endirim olacaqdır.

    Təşkilat komitəsi müsabiqə iştirakçılarının istəyini nəzərə alaraq bəzi ödənişli xidmətlər (mehmanxana, ekskursiya və s.) təklif edə bilər.

    Əlavə məlumat üçün: +994503250684: +994556403206, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.