• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 yanvar 2022-ci il

    22 yanvar 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında K.D.Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetinin nəfəs alətləri üzrə (saksafon) müəllimi Anna Aleksandrova Stepanova BMA-nın tələbələri ilə ustad dərsi keçirdi.

    Ustad dərslərində müəllim Rauf Muradovun sinfi Bakı Musiqi Akademiyasının l kurs tələbələri Dəniz Abasova, İlkin Məmmədov, Rafət Məmmədov, lll kurs tələbəsi Fəxri Dünyamalıyev iştirak etmişdir. İfaçılar İ.Ştrausun "Popuri valsı", L.Vinçinin Sonata N.1, J.Singelenin "Brilliant fantaziya", E.Bozzanın "Ariya" əsərlərini ifa etdilər.

    A.Aleksandrova ustad dərsdə gənc musiqiçilərlə ifaçılıq sənətinin sirlərini bölüşmüş, irad  və tövsiyələrini də bildirmişdir.

    Sonda Anna Aleksandrova Xalq artisti, professor Yeganə Axundovanın müşayiətilə dinləyicilərə kiçik konsert də təqdim etdi.