• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    2-9 may 2022-ci il 

    2-9 may 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində X beynəlxalq “Harmony” müsabiqəsi keçirilmişdir.

    Bu müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsinin bütün ixtisasları üzrə yüksək nailiyyətlər əldə olunmuşdur. Belə ki, “Simli alətlər” kafedrasının I kurs tələbəsi Məhəmməd Cavadov  Gran-Pri, “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi İlahə Məmmədova Gran-Pri mükafatını almışlar, "Simli alətlər" kafedrasının ll kurs tələbəsi Sevinc Kərimova ll yerə, “Solo oxuma” kafedrasının III kurs tələbəsi Aqşin Xudaverdiyev isə I yerə layiq görülmüşdür.