• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 dekabr 2020-ci il

    Ramiz Quliyev

    Nərgiz Mustafazadə

    İnstrumental ifaçılıq (Fortepiano) IIkurs

    Ramiz Quliyev

    Ramiz Əyyub oğlu Quliyev-Azərbaycan musiqiçisi,görkəmli tarzən,Azərbaycan SSR xalq artisti,Azərbaycan Respublikasının Dövlət Mükafatı laureat 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olmuşdur.İlk musiqi təhsilini 1954-cü ildə Ağdam orta ixtisas musiqi məktəbində almış,1960-cı ildə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.Ağdam musiqi məktəbi illərində “Şur” xalq çalğı alətləri ansamblının tərkibində bir çox müsabiqə və festivallarda iştirak etmişdir.1957-ci ildə Respublika musiqi kollektivləri arasında Bakıda keçirilən festivalda 1-ci yer qazanmışdır.1961-ci ildə isə Moskvada keçirilən”Xalq təsərrüfatı nailiyyətləri sərgisi”ndə medal və fəxri fərmanla təltif olunmuşdur.1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil almışdır.

    Ramiz Quliyev həmçinin 1974-cü ildə musiqiçilərin Zaqafqaziya festivlında 1-ci mükafata,Moskvada keçirilən estrada artistlərinin V Ümumittifaq müşabiqəsində isə laureat adın layiq görülüb.1988-ci ildə YUNESKO xətti ilə ABŞ-da keçirilən Beynəlxalq folklor festivalında xüsusi diplomla təltif olunub.2001-ci ildə “İlin fədakar sənətçisi”fəxri adına layiq görülür.XXIV Beynəlxalq”Kəhrəba boyunbağı”Festivafının xüsusi diplomu,”Fərc Beynəlxalq Musiqi Festivalı”nda “Qızıl Çəng”mükafatına,Alman və Azərbaycan Cəmiyyətinin yüksək mükafatı olan”Dostluq” ordeni,”Tirqan”Beynəlxalq İncəsənət festivlının ən yüksək mükafatı olan “Araş”la,Azərbaycan Respublikası Prezidentinin 8may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti mükafatı,2004-cuü ildə isə ömürlük Prezident təqaüdü ilə təltif olunmuşdur. 1974-1992-ci illər ərzində Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında tar ixtisası üzrə müəllim,baş müəllim,dosent,professor kimi pedaqoji fəaliyyət göstərib.1992-2002-ci illərdə hin kafedraya rəhbərlik edib.

    Hal hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında öz pedaqoji fəaliyyətini davam etdirir.Onun bir çox xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləmələri və köçürmələri çap olunmuş,bir sıra dərsliklərin,elmi məqalələrin müəllifi olmuşdur. O bir çox kinofilmlərdə də rol almışdır: “Üzeyir ömru”,”Havalansın Xanın səsi”,”Oxu tar”,”Bu səs Qədirin səsidir”,”Muğamat var olan yerdə”,”Sarı sim”,”Tarzən Ramiz Quliyev”,”Xalq Təranələri”və s.

    İstifadə olunmuş materiallar:

    https://az.m.wikipedia.org/wiki/Ramiz_Quliyev