• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17-24 fevral  2020-ci il

    2020-ci il fevralın ayının 17-24 tarixlərində keçirilən gənc ifaçıların “World harmony” III Beynəlxalq klassik və folklor musiqi müsabiqəsinin bağlanış konserti Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında uğurla başa çatdı.


    Qeyd edək ki, müsabiqədə Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasının tələbələri də fəal iştirak edərək, müxtəlif mükafatlara layiq görülmüşlər: “İxtisas fortepiano” fakültəsinin tələbələri Nigar Heydərli IV kateqoriya – II yer (müəllim: professor Nərminə Quliyeva, Maksud Musazadə IV kateroriya – III yer (müəllim: professor Tsiala Sinamdzqraşvili); “İfaçılıq” fakültəsinin Estrada sənəti ixtisasının II kurs tələbəsi Sübhan Rüstəmov I yer, “Solo oxuma” kafedrasının III kurs tələbəsi Elmina Həsənova I yer, magistratura pilləsinin I kurs tələbəsi Urfan Cəfərov I yerə layiq görülmüşlər.