• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hörmətli Bakı Musiqi Akademiyasının tələbələri, Creative Spark proqramının tərəfdaş institutlarının tələbələri, məzunları və gənc sahibkarları üçün İngilis dili üzrə vebinarlar silsiləsi başlayır!

     Vebinarlarda tələbələrin ingilis dilində ünsiyyət qurarkən daha inamlı olmalarına kömək edəcək faydalı məsləhətlər veriləcəkdir. Hər vebinar fərqli mövzu haqqında olacaq və British Council’ın İngilis dili üzrə mütəxəssisi tərəfindən keçiriləcək. Fikir bildirmək, iş görüşməsinə hazırlaşmaq, təqdimat ilə çıxış etmək və bir sıra digər mövzular vebinarlarda əhatə olunacaq. Martın 23-dən başlayaraq sentyabr ayına qədər hər ayın üçüncü çərşənbə axşamı bizə qoşulun.

     İlk vebinar (“Fikir bildirmək” mövzusunda): 23 Mart 12:00 UK vaxtı ilə (16.00 Bakı vaxtı ilə)

     Qeydiyyatdan keçmək üçün: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=wXVirt3MRkCyoWJFosyj7PQ07k7eLuZGhwl5IZGKWGpUQlVRVDkxRFExT0xTV0JQTE1TMVZYQzZSUy4u

     Vebinarların keçiriləcəyi Microsoft Teams platformasına daxil olmaq üçün sizə link göndəriləcək.