• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Müsabiqə Professor-müəllim heyətinin nəzərinə

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında 2020/2021–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

    ÖHDƏLİKLƏR
    · Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
    · Kurs sillabusunun hazırlanması;
    · Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
    · SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
    · Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
    · Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
    NAMİZƏDƏ TƏLƏBLƏR
    · Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
    · Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
    · Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
    · İnnovativ tədris metodlarından istifadə etməsi;
    · Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
    · Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
    · Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması.

    Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;

    Son müraciət tarixi və vaxtı: 06.01.2021-ci il, saat 00:00
    Ətraflı: http://sabah.edu.az/az/-1-18

    https://m.facebook.com/story.php?story_fbid=2867253250159800&id=1487428338142305&sfnsn=mo