• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 iyun 2019-cu il

    23 iyun 2019-cu il tarixində tarixində İsveçrənin Lixtenşteyq şəhərində "Evangelische kirche" kilsəsində Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsasının qoyulmasının 20 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

    Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin Violonçel ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi, prezident təqaüdçüsü Hüseynov Orxan sözügedən konsertdə solist qismində çıxış edib. Konsert “İl mosaico" İsveçrə Gənclər Orkestrinin müşayiəti, dirijor və bədii rəhbər Hermann Ostendarp’ın rəhbərliyi altında baş tutub. Tədbir İsveçrənin Azərbaycandakı Səfirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. Həmçinin, tədbirdə coğrafiya üzrə məşhur İsveçrəli professor Willi Stammherr Azərbaycan haqqında təqdimat nümayiş etdirib. Konsertdə aşağıdakı əsərlər səsləndirilib:
    J. Haydn - Cello concerto in C dur N.1 ( solist Orxan Hüseynov )
    A. Hoegger - Pastorale d'été
    O. Zülfüqarov - Muğam və rəqs ( solist Orxan Hüseynov )
    F. Chopin - Piano concerto N.2 ( solist Mathis Bereuter Almaniya).
    Qeyd edək ki, konsertdə Azərbaycanın İsveçrədəki Səfirliyinin siyasi məsələlər üzrə müavini, müşavir Arif Məmmədov iştirak edib.
    24 iyun 2019-cu il tarixində isə Hüseynov Orxan Luçern şəhərində Luçern konservatoriyasında məşhur isveçrəli violonçel ifaçısı Kristian Poltera tərəfindən keçirilən ustad dərsində iştirak edib.