• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Erişen Kübra Ramiz qızı

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.01.1972.

    Təhsili: Orta təhsilini 1979-1990-cı illər ərzində Bülbül adına Orta ixtisas Musiqi Məktəbində almışdır. 1990-1995-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını, 1995-97-ci illər ərzində Akademiyanın aspirant stajorluğunda təhsil almışdır. 

    Pedaqoji fəaliyyəti: 1993-ci ildə Bülbül adına Orta Ixtisas Musiqi Məktəbində müəllim kimi çalışmağa başlamışdır. 1995-ci ildə fəaliyyətini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında konsertmeyster, 1997-ci ildən müəllim kimi davam etdirmişdir. Daha sonra 2006-cı ildən bu günə qədər baş müəllim vəzifəsində çalışır.

    Elmi işi: 2016-cı il 25 mayda çap olunmuş “Violino üçün seçilmiş əsərlərin təhlili” adlı metodik vəsaitin müəllifidir.

    Azərbaycan Dövlət Simfonik Orkestrinin solistidir.