• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Əhmədbəyova Fəridə Bəylər qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 16.10.1957.

    Təhsili: 1972-ci ildə 6 saylı musiqi məktəbini bitirmiş,həmin ildə A.Zeynallı ad. musiqi texnikumuna daxil olmuşdur. 1976-cı ildə oranı bitirib Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasına f-no ixtisası üzrə daxil olmuşdur. 1981-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsinin professoru, Azərbaycan SSRİ Xalq artisti, professor R.Atakişiyevin sinfini bitirmişdir.

    Pedaqoji fəaliyyəti: 1982-ci ildfən 15 saylı musiqi məktəbində-konsertmeyster kimi işləmişdir. 1992-ci ildən isə A.Zeynallı adına Musiqi texnikumunda müəllim kimi fəaliyyət göstərmişdir. F.Əhmədbəyova 1996-cı ildən BMA -nın "Kamera ansamblı" və "İxtisas fortepiano" kafedralarında baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində işləmişdir. Hal-hazırda o, “Kamera ansamblı” kafedrasının professoru kimi çalışır.

    İfaçılıq fəaliyyəti: 1998-ci ildə F.Əhmədbəyova Türkiyə, Kipr, Gürcüstanda keçirilən konsertlərdə uğurla çıxış edib.
    2001-ci ildə İsveçrədə keçirilən fortepiano duetlərin beynəlxalq seminarında diploma təltif olunmuş, 2003-ci ildə isə Yaponiyada keçirilən beynəlxalq festivalda yüksək ifaçılıq nümaiş etmişdir.
    2006-cı ildə F.Əhmədbəyova Norveçdə E.Qriq adına beynəlxalq müsabiqədə fortepiano duetləri üzrə Laureat adını qazanmışdır.
    2008-ci ildə İtaliyada keçirilən "İbla Grand Prize" və" Bartok Kabalevsky Prokofiev" beynəlxalq müsabiqəsinin Laureatıdır.

    Mütəmadi olaraq F.Əhmədbəyova və onun tələbələri BMA-nın Böyük zalı, Azərbaycan Dövlət Filarmoniyası, Kamera və Orqan zalında, Azərbaycan Bəstəkarlar ittifaqında, "Kapellhaus"Alman-Azərbaycan Birliyində çıxış edir.

    Bir çox metodik tövsiyələrin, dərs vəsaitlərinin və proqramların müəllifidir.