• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyası

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında üç elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir. 1N-li “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyası adlanır.

    Laboratoriyanın müdiri Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə təyin edilmişdir.

    2017-ci il iyun ayının 2-dən etibarən 1N-li “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasına sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə müdir təyin edilib.

    Azərbaycn Respublikası Təhsil Nazirliyinin 10 fevral 1992-ci il tarixli N-98 saylı  əmri ilə Bakı Musiqi Akademiyasında iki  ETL fəaliyyətə başlamışdır.
    “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” və “Qədim Azərbaycan musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi” elmi-tədqiqat laboratoriyaları.

    Musiqi mədəniyyətinin və musiqi elminin, təhsilinin inkişafında böyük rol oynayan Bakı Musiqi Akademiyasının bu elmi-tədqiqat laboratoriyaları artıq 25 ildir ki, fəaliyyət göstərir. Ötən 25 illik bir müddətdə bu elmi tədqiqat laboratoriyaları musiqi elminin müasir və aktual problemlərinin  işlənilməsi, araşdırılması və nəticələr sahəsində bir çox elmi praktik nailiyyətlər əldə etmişlər.

    Azərbaycan Nazirlər Kabinetinin 06 oktyabr  1995-ci il tarixli  242 saylı qərarı ilə “Musiqi akustikası” adlı laboratoriyası təsdiq edilmişdir. “Ali məktəb elmi-tədqiqat laboratoriyası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 04 dekabr 2008-ci il tarixli 1303 saylı əmrinə əsasən yaranmışdır. Bu, respublikada müasir texnologiyalar əsasında musiqi-akustik tədqiqatlar aparan ilk və yeganə ixtisaslaşmış elmi-tədqiqat laboratoriyasıdır.
    Üç laboratoriyanın hər birinin öz elmi istiqaməti, məqsəd və vəzifələri vardır. Onların hər biri öz istiqamətinə, məqsəd və vəzifələrinə uyğun olraq fəaliyyət göstərir. Laboratoriyada aparılan tədqiqatların nəticələri həm nəzəri, həm praktiki əhəmiyyət daşıyırlar. Elmi-tədqiqat laboratoriylarının ümumi mövzu və problem istiqamətləri, ümumi tədqiqat sahələri aşağıdakılardır:


    •    ənənəvi musiqinin tarixi, nəzəri, ifaçılıq, tədris problemləri;
    •    xalq musiqisinin toplanılması, notlaşdırılması;
    •    muğamların və aşıq musiqisinin nota yazılması və təhlili;
    •    bəstəkr yrdıcılığı;
    •    alətşünaslıq;
    •    qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi;
    •    musiqi nəzəriyyəsi;
    •    musiqi tarixi;
    •    etnomusiqişünaslıq;
    •    muğamşünaslıq;
    •    musiqi fəlsəfəsi;
    •    musiqi-mədəni əlaqələr;
    •    musiqişünas alimlərin yaradıcılığı;
    •    musiqi mədəniyyətinin və incəsənətinin tarixi inkişaf problemləri.


    Əldə olunan nəticələrə elmi arşdırmalarda istinad olunması, onların nəzəri fikrin inkişafına təsir göstərməsi əsas məqsədlərdən biridir.
    Laboratoriyada əməkdaşlar elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi vəzifələrdə çalışırlar.

    1N-li “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasında sənətşünaslıq üzrə fəlsəfə doktorları- aparıcı elmi işçi, professor İmruz Əfəndiyeva, dosent Nuridə İsmayılzadə, baş elmi işçi Nərminə Bayrambəyli, dosent, aparıcı elmi işçi Lətifəxanım Əliyeva, aparıcı elmi işçi, dosent Vəlizadə Mələk, bəstəkar Ramazanov Rüfət, aparıcı elmi işçi Ruqiyyə Süleymanova, baş elmi işçi Abduləliyev Ariz, aparıcı elmi işçi Həbibə Məmmədova, böyük elmi işçi Səadət Fərziyeva, böyük elmi işçi Mehparə Rzayeva, elmi işçi Süleymanova Günay, elmi işçi Nəsirova Fidan, elmi işçi Hümbətov Vüqar  və başqalarının elmə gətirdiyi nailiyyətlərlə fəxr etməyə dəyər.

    Həmçinin laboratoriyada Bakı Musiqi Akdemiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq doktoru, Azərbaycan Respubliksaının Əməkdar İncəsənət xadimi, professor, İmruz Əfəndiyeva aparıcı elmi işçi vəzifəsində çalışır. Bir çox dəyərli monoqrafiyaların, kitabların müəllifidir.

    Həmçinin dissertasiya üzərində çalışan gənclərdə fəaliyyət göstərir. Elmi işçilər- Süleymanova Günay, Hümbətova Aynur, Nəsirova Fidan, Əhmədova Könül dissertasiya üzərində çalışan gənc tədqiqatçılardır.
    Elmi tədqiqat laboratoriyasının əməkdaşları hər yeni dərs ilində görüləcək elmi işlərin planını təhvil verir, dərs ilinin sonunda isə tələb olunan qaydada elmi işləri haqqında hesabat verirlər. ETL əməkdaşlarının elmi məqalələri “Musiqi dünyası”, “Konservatoriya”, “Mədəniyyət dünyası”, “İrs”, “Mədəni-Maarif” jurnalında, AMEA-nın “Mədəniyyət və İncəsənət” məqalələr toplusunda, Türkiyənin “Kültür evreni”, “Bilimsel eksen” jurnalında, Rusiyanın, Ukraynanın, Qazaxıstanın və s. digər xarici ölkələrin elmi elektron dərgilərində nəşr olunmuşdur.
     
    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, baş elmi İsmayılzadə Nuridə 2005-ci ildə adlı “Роль и значение благобворительности и просветительства в развитие музыкального искусства Азербайджана” dissertasiya mövzusu üzrə müdafiə etmişdir. 2001-ci ildən elmi işçi, 2007-ci ildə böyük elmi işçi olaraq çalışmışdır. 2010-cu ildə dosent, 2015-ci ildə isə baş elmi işçi olaraq çalışır. 2017-ci il iyun ayının 2-dən etibarən 1N-li “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyasına müdir təyin edilib. «Традици русской музыки в композиторском творчестве Азербайджана» mövzusu üzrə elmlər doktoru dissertasiya işini tamamlamışdır. 10-dan artıq kitab və monoqrafiynın müəllifidir.

    Əliyeva Lətifəxanım  Vaqif qızı 2005-ci ildən laboratoriyada çalışır. 2007-ci ildə “İslam ənənəsi və musiqisi” mövzusunda müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır. 2011-ci ildən laboratoriyada aparıcı elmi işçi olaraq fəaliyyətinə davam edir. 2014-cü ildə musiqi sənəti ixtisası üzrə dosentdir.

    Süleymanova Ruqiyyə Akif qızı 2002-ci ildən laboratoriyada əməkdaşlıq edir. 2008-ci ildə “Azərbaycan dram əsərlərinin dramaturji inkişafında musiqinin rolu (1970-2000-ci illər)” adlı dissertasiya işini müdafiə etmiş, sənətşünslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.  2010-cu ildə müsabiqə yolu ilə aparıcı elmi işçi vəzifəsinə keçmişdir. 2011-ci ildə “Azərbaycan bəstəkarlarının teatr musiqisi” adlı dərs vəsait çap olunub. 2012-ci ildə “Azərbaycan bəstəkarlarının C.Cabbarlının əsərlərinə yazdığı musiqinin üslub xüsusiyyətləri” , 2013-cü ildə “Musiqi təcrübəsinin tədris metodikası” adlı metodik vəsaitləri dərc olunmuşdur.

    Məmmədova Həbibə Vaqif qızı 2011-ci ildə “Azərbaycan operalarında tarixi-qəhrəmanlıq mövzusunun təcəssümü (lad-muğam xüsusiyyətləri)” adlı sənətşünaslıq üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 2012-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür. 2015-ci ildə laboratoriyada müsabiqə yolu ilə aprıcı elmi işçi vəzifəsində çalışmağa başlamışdır.

    Vəlizadə Mələk okyabr 2006 –cı ildə elmi işçi olaraq çalışmağa başlamışdır. 2006-ci ildə "Национальная специфика постановки детских голосов домутационного и мутационного периодов в детских хорах Азербайджана" adlı dissertasiya işini müdafiə etmişdir. 2007-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür. 2009-cu ildən böyük elmi işçi vəzifəsində çalışır və 2014-cü ildə dosentliyi alır. 2015 ildə aparıcı elmi işçi vəzifəsnə keçirilir.
    Nəsirova Fidan İrza qızı 1997-2002-ci ildən Elmi Tədqiqat və Yardıcılıq laboratoriyasının aspirantura şöbəsində laborant vəzifəsində işləmişdir. 2002-ci ildən etibarən elmi işçi, 2006-ci ildən kiçik elmi işçi, 2010-cu ildən isə elmi işçi vəzifəsində çalışır. 2007-ci il may ayından Elmi Şuranın qərarı ilə “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal instrumental janrı” adlı dissertasiya mövzusu üzərində işləyir. Bir çox meqalenin müəllifidir.

    Rzayeva Mehparə Almas qızı 2001-ci ildən laboratoriyada elmi işçi vəzifəsində fəaliyyət göstərir. 29 aprel 2016-cı ildə “Tofiq Quliyevin musiqi dili” adlı dissertasiyası işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır. 2017-ci ilin may ayından etibarən laboratoriyada böyük elmi işçi vəzifəsində çalışır.

    Süleymanova Günay Sabir qızı 2012-ci ildə elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışır. 2014-cü ildən elmi işçi olaraq davam etmişdir. 2012-ci ildən AMEA Fəlsəfə və Hüquq İnstitunda doktorntdır. “Müasir Azərbaycanın inkişafında sosio-mədəni konsepsiyalar-sosial fəlsəfi təhlili” mövzusu üzərində işləyir. Müxtəlif jurnallarda məqalələri çap edimiş, beynəlxalq və respublika elmi konfranslarında iştirak etmişdir.
    Hümbətova Aynur Bəxtiyar qızı “014-cü ildən laboratoriyada çalışır. Hal-hazırda baş laborantdır. “Ramiz Mustafayevin xalq mahnıları əsasında xor miniatürlərinin üslub xüsusiyyətləri” adlı dissertasiya mövzusu üzərində işləyir. Respublika və beynəlxalq konfranslarda fəal iştirak edir.

    Hümbətov Vüqar Bəxtiyar oğlu 2013-cü ildən laboratoriyada elmi işçi olaraq işləyir. 2013-cü ildə “Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının tarixi mövzulu xor əsərləri” adlı dissertasiya üzərində işləməyə başlamış və 2017-ci ilin may ayının 19-da müdafiə etmişdir.