• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Qədim  musiqi alətlərinin bərpası  və  təkmiləşdirilməsi” elmi  laboratoriyası

    “Qədim musiqi  alətlərinin bərpası və  təkmilləşdirilməsi” elmi  laboratoriyası  Azərbaycan Respublikasının  Xalq  Təhsil Nazirliyi  10 fevral  1992-ci il  98 saylı  əmirə  əsasən  Üzeyir Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Konservatoriyasının (indiki  BMA) nəzdində fəaliyyətə başlamışdir.  Laboratoriyanın yaradılmasında əsas məqsəd orta əsrlərdə Azərbaycanda  istifadə edilmiş, sonra  muxtəlif səbəblərdən tamamilə unudulmuş  bir  cox  qədim  musiqi alətlırini bərpa  edərək, yenidən həyatda  qaytarmaqdan ibarətdir.        

    Yarandığı gündən laboratoriyada fəalliyət  göstərmiş  elmi  əmıkdaşlardan: laboratioriyanın  müdri  sənətşunaslıq  doktoru Kərim Məcnunun,elmi  işcilər,sənətşunaslıq  üzrə elimlər doktoru  Səadət  Abdullayevanın, Tariyel Məmmədovun, folklorşunaslıq elimləri  doktoru Bəhlul Ağayevin, xalq  artisti Ramiz Quliyevin, sənətşunaslıq namizıdləri, Fəttah Xalıqzadə, Fuad  Əzimlinin,  Sürrəya Ağayevanın, Fədlun Əfəndiyevanın,  Vaqif  Əbdülaqasımovun, və  fizika-riyaziyyat elimləri namizədi  Şamil Hacıyevin fəaliyyətləri yuksək  qiymətləndirilir. Hal-hazırdan laborotoriyada  aşağıda  adları  cəkilən əməkdaşlar fəaliyyət göstərir.

    1. Qafarova Maya Aydın  qızı sənə  (müdir), Sənətşunaslıq üzrə fəlsəfə doktoru,BMA-nın professoru.

    2. Quliyev Ramiz  Əyyub  oğlu (baş  elmi işci), Azərbaycan Respublikasinin Xalq Artisti, Dövlət mukafatı laureatı, Şöhrət ordenli, professor.

    3. Əzimov Aydın Kərim  oğlu (baş  elmi  işçi),  Azərbaycan Respublikası İncəsənət Xadimi, professor.

    4. Abasəliyev Ağacəbrayıl Ağasaleh oglu (böyuk elmi  işçi),  Azərbaycan Respublikasının Xalq Artisti.

    5. Bayraməlibəyli Nərminə Ənvər qızı    (böyuk  elmi  işçi), Sənətçunaslıq üzrə fəlsəfə doktoru.

    6. Mustsfayeva Nazlı  Tapdıq  qızı (elmi  işçi)

    7. Kazınova Bəsti Saleh  qızı  (elmni  işçi)

    8. Bayramova  Nigar Ağaverdi  qızı (elmi  işçi)

    9. Hüseynova Nərminə  Bəylər  qızı  (kiçik  elmi  işçi)

    10. Allahverdiyeva   Esmira  İttifaq  qızı  (baş  laborant)

    11. Məmmədyarlı Nərmin  Eynulla  qızı ( kiçik laborant)

    12. Bayramov  Güləli  Qədeş  oglu  (usta)

    13. Yaqubov Musa Səməd oğlu (usta)

    14. Məmmədzadə Vüqar Əbdüləli oglu (usta köməkçisi)

    Qədim  musiqi  alətlərinin bərpası ilə  alaqədər laboratoriyanın elmi  əməkdaşları  Respublika Əlyazmaları insitutunda, Azərbaycan  Dövlət  Tarix  muzeyində, Rüstəm  Mustafayev adına  Dövlət İncəsənət  muzeyində, Teatr muzeyində və  respublikanın  başqa-başqa bölgələrində diyarşünalıq  muzeylərində  tədqiqat  işləıri  aparır, lazımı  fakt və  materiallar toplayırlar. Bu  materiallar əsasında orta  əsrllərdə Azərbaycan  ərazisində geniş  istifadə  edilmiş  və sonralar  müxtəlif  səbəblərə görə tamamilə  unudulmuş  qolca  qopuz,bərbət, Şirvan  təmburu, rud, rübab, çogur, səntur, çəng, nüzhə, çəqanə, ney, yaylı rübab, yaylı qopuz, ərgənun qədim musiqi alətləri və yeni dzaynerə məxsus “Ay ulduz” kamança, “Çanaq”kamança kimi  musiqi  alətlərini bərpa edərək yüksək səviyyədə səslənməyə hazırlamışlar. Hazırda  bu alətlərin 11-i Azərbaycan  Musiqi Mədəniyyəti  Dövlət  muzeyində saxlanılır və muzeyin  nəzdində fəaliyyət  göstərən ”Qədim musiqi Alətləri“ Dövlət Ansamblında səslənir. Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi bu gün də davam etdirilir. Bir çox unudulmuş  musiqi alətlərinin bərpası nəzərdə tutulur.