• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    ELAN

    BAKI MUSİQİ AKADEMİYASININ MAGİSTRATURASINA QƏBUL EDİLMİŞ BAKALAVRLAR 14 iyul-25 iyul 2022 il TARİXİNƏDƏK QEYDİYYAT ÜÇÜN AŞAĞIDAKILARI ETMƏLİDİR:

    Təhsil Nazirliyinin portal.edu.az. saytında qeydiyyatdan keçmək üçün tələb olunan sənədləri skan edib yerləşdirmək. Qeydiyyat düzgün edildikdə Sizə tasdiq mesajı gələcək.

    Onlayn qeydiyyatdan keçdikdən sonra aşağıdakı sənədləri faylda Bakı Musiqi Akademiyasına 25 iyul 2022-ci ildə 12:00 – 15:00 qədər gətirmək.

    1. Şəxsiyyət vəsiqəsinin sürəti

    2. Foto 3/4 (6 ədəd)

    3. Ali təhsil haqqında sənədin əsli (cari ilin məzunları üçün arayış)

    4. Tibbi arayış

    5. Hərbi mükəlləfiyyət haqqında sənəd (ancaq oğlanlar üçün)

    6. Təhsil ödənişli olduğda təhsil haqqının tam ödənilməsi haqqında qəbzim sürəti.