• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Quliyev Əyyub Ramiz oğlu 

    Müəllim, Əməkdar artist

    Doğum yeri və tarixi:    Bakı şəhərində, 1984-cü il.

    Təhsil:   15 yaşında ikən Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsinə daxil olmuş və 2005-ci ildə oranı fərqlənmə ilə bitirmişdir.

     Ə.Quliyev 2005-2007-ci illərdə N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında prof. A.İ.Polişukun sinfində (opera-simfonik dirijorluğu ixtisası üzrə)  və 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində prof. Mark Stringerin sinfində təhsil almışdır.


    Elmi fəaliyyəti:     Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 23 avqust 1998-ci ildəki sərəncamı  ilə Əyyub Quliyevin adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitabı»na yazılmış və  Prezident təqaüdünə  layiq görülmüşdür.

     2002-ci ildə YUNESKO və ISESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbəri olduğu  «Azərbaycan Mədəniyyətinin Dostları» Fondunun təsis etdiyi «İlin ən yaxşı tələbəsi» nominasiyasında qalib gəlmişdir.

     2006-cı ilin dekabr ayında  Azərbaycanın Milli Mədəniyyət Mərkəzi tərəfindən «Uğur-2006» mükafatına, 2008-ci ildə isə qazandığı nailiyyətlərə görə Əyyub Quliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Zirvə” mükafatına layiq görülmüşdür.

    2013-ci ildə V.Safonov adına Dövlət Akademik Filarmonik orkestrinin baş dəvətli dirijoru və 2014-ci ildə isə Mixaylovski adına  Sankt-Peterburq Opera Teatrının dəvətli dirijoru təyin olunmuşdur.

    2013-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezident mükafatına layiq görülmüşdür.