• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədova Vüsalə Alməmməd qızı

    Müəllim

    Doğum yeri və tarixi:     Azərbaycan, Bakı şəh., 18.07.1980.



    Təhsil:     1995-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olmuşdur.

    1999-cu ildə qeyd olunan kolleci Musiqi nəzəriyyəsi ixtisası üzrə bitirmiş və həmin ildə Bakı Musiqi Akademiyisanın Xor-Dirijorluq fakultəsinə daxil olmuşdur.

    2003-cü ildə qeyd olunan fakultəni bitirərək bakalavr dərəcəsi almışdır.

    2003-cü ildə Xor-Dirijorluq ixtisası üzrə magistraturaya daxil olmuş və 2005-ci ildə həmin fakultəni fərqlənmə magistr diplomu ilə bitirmişdir.



    Pedaqoji fəaliyyəti:     1999-cu ildən başlayaraq Bakı şəhəri 26 saylı uşaq musiqi məktəbində musiqi müəllimi vəzifəsində və 2008-ci ildən Ü.Hacıbəylı adına Bakı Musiqi Akademiyasının Xor-Dirijorluq kafedrasında müəllim vəzifəsində çalışır.