• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əsədova Səbinə Çingiz qızı

    Müəllim, Əməkdar artist

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 1977.

    Təhsil:    S.Əsədova 1995-2001-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində təhsil almışdır.

    Pedaqoji fəaliyyəti:    2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

    2001-ci ildən Şövkət Məmmədova adına Opera studiyasının solistidir.

    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdığı müddətdə Teatrın səhnəsində J.Bizenin "Karmen" operasında Mersedes, C.Verdinin "Trubadur", “Riqoletto”, “Traviata”, “Otello” və s.

    2012-ci ildə Azərbaycan respublikasının əməkdar artist fəxri adına layiq görülüb.

    2016 -ci ildən Üzəyir Hacıbəyli adına Bakı musiqi Akademiyasının xor dirijorluğu kafedrasında vokal müəllimi vəzifəsində çalışır.