• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Mərdanov Nurəddin Mərdan oğlu

    Dosent, əməkdar müəllim

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəhəri, 1947.

    Təhsil:    1961-1965 A. Zeynallı adına Musiqi texnikumda,

    1965-1970-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında xor dirijoru üzrə ixtisas müəllimi L.V. Frolova.



    Pedaqoji fəaliyyəti:    1970-ci ildə P.İ. Çaykovski adına Moskva Konservatoriyasında,

    1990-cı ildə Riqa konservatoriyasında SSRİ xalq artisti, professor İ.A. Kokarsın sinifində stajorluqda olub.

    1970-ci ildən Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasında müəllim kimi çalışmağa başlayıb.

    1979-ci ildə baş müəllim vəzifəsində,

    1994-ci ildən dosent vəzifəsində çalışır.