• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Əliyeva Rəna Ələkbər qızı

    Dosent

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 1979.

    Təhsil:     1997-ci ildə Bakı Musiqi Akademiyasının “xor-dirijorluğu” fakültəsinə daxil olub.

    2001-ci ildə bakalavr pilləsini bitirdikdən sonra “xor-dirijorluğu” fakültəsinin magistraturasına müəllim Yalçın Adıgözəlovun sinfinə qəbul olub.

    2003-cü ildə magistraturanı fərqlənmə diplomu ilə bitirib.



    Pedaqoji fəaliyyəti:    2005-ci ildən “xor-dirijorluğu” kafedrasının baş laborantı vəzifəsində çalışıb.

    2006-cı ildən Bakı Musiqi Akademiyasının “xor-dirijorluğu” kafedrasında müəllim vəzifəsinə qəbul edilib,

    2011-ci ildən baş müəllim vəzifəsinə keçib.

    2015-ci ildən dosent vəzifəsinə təyin edilib. “Xor-dirijorluğu” kafedrasında ixtisas, xorşünaslıq, xor musiqi ədəbiyyatı, xor partitura qiraəti, xüsusi pedaqoji hazırlıq fənnlərindən dərs deyir.



    Elmi fəaliyyəti: 2012-ci ildə «Фортепианные циклы для детей в творчестве азербайджанских композиторов» adlı dissertasiya mövzusu ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi üçün dissertasiyasını müdafiə edib.