• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abbasov Cəlal Əşrəf oğlu

    Professor, əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 8.04.1957



    Təhsil:    1975 – 1980-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında,

    1981 – 1984-cü illərdə ADK Bəstəkarlıq kafedrasının Assistent-stajorluq kursunda təhsil alıb.



    Pedaqoji fəaliyyəti:    1981 – 1985 – Azərbaycan Bəstəkarlar İttifaqının məsləhətçisi,

    1982 -Xalq mahnılarının xor aranjımanları Respublika müsabiqəsi Laureatı

    1985-ci ildən AEA Memarlıq və İncəsənət İnstitunun elmi işçisi,

    1990 - Azərbaycan Gənclər İttifaqı Mükafatı Laureatı

    1992-ci ildən – Bakı Musiqi Akademiyasının müəllimi.

    1995 - S.Yeseninin 100 illiyinə həsr olunmuş Respublika müsabiqəsi Laureatı

    1998 - BMT Mükafatı Laureatı

    2007 - Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi

    Vətənpərvərlik mahnılarının Respublika müsabiqəsi Laureatı.


    Elmi fəaliyyəti : Əsərləri ABŞ, Almaniya, Fransa, İtaliya, Avstriya, İndoneziya, Cənubi Koreya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Özbəkistan və b. ölkələrdə müvəffəqiyyətlə ifa olunub.