• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Cəfərov Cavanşir Xəlil oğlu

    Professor, xalq artisti, əməkdar incəsənət xadimi

    Doğum yeri və tarixi:      Azərbaycan, Bakı şəh., 1953.


    Təhsil:      1972-ci ildə A.Zeynallı adına Bakı Musiqi texnikumunun xor-dirijorluğu,

    1977-ci ildə isə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının “Xor-dirijorluğu” fakültəsini bitirmişdi.



    Pedaqoji fəaliyyəti:     Əmək fəaliyyətinə 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında xormeyster kimi başlamışdı.

    1980-ci ildə Azərbaycan Xor Kapellasının bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdı.

    1985-ci ildə Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya teatrına dirijor və az sonra baş dirijor vəzifəsinə təyin edilmişdir.

     

    Əməkdar İncəsənət xadimi (2000-ci ildə ),Xalq artisti (2005-ci ildə),Prezident mükafatçısıdır (2002-ci ildən).