• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Məlikov Arif Cahangir oğlu

    Kafedra müdiri, Əməkdar incəsənət xadimi, xalq artisti, professor, MEA-nın müxbir üzvü

    Doğum yeri və tarixi: 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olmuşdur.

     

    Azərbaycan Bəstəkarlar  İttifaqının üzvü (1959).

    Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (1965).

    Şərəf  Nişanı Ordeni mükafatçısı (1971).

    Azərbaycan Respublikasının Xalq artisti (1978).

    Professor (1979).

    Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı (1986).

    SSRİ xalq artisti (1986).

    İstiqlal Ordeni mükafatçısı (1998).

    Azərbaycan Milli Elmlər Akademiyasının akademik müxbir üzvü (2001).

    Milli Elmlər Akademiyasının həqiqi üzvü

    Heydər Əliyev Mükafatı laureatı (2009).

    Nizami qızıl medalı ilə təltif olunub.

    Heydər Əliyev ordeni (13.09.2013)

     

    Əsərləri:

    8 simfonik poema, Fortepiano və simfonik orkestr üçün konsert, Kamera instrumental və vokal silsilələrin müəllifi, Violin üçün solo sonata, 3 romans silsiləsi, “Məhəbbət əfsanəsi” baleti, “Metamorfozlar” simfonik poeması (1963),“İki qəlbin poeması” (1982). – baleti, “Bu torpaqda 2 nəfər”  balet

    Kinofilmlərə musiqi: “Hacı Qara” (2002), “Sehrli xalat” (film, 1964), “26 Bakı komissarı”, “ İyirmialtılar” (film, 1966), “Məhəbbət əfsanəsi” (film, 1969), “Axırıncı aşırım” (film, 1971). “Ulduzlar sönmür”, “Dənizdən siqnal”, “Şahnamə” (5 serialı) və sair filmlərə həmçinin “Qız qalası” və “Dədə Qorqud” və s. cizgi filmlərinə musiqi bəstələmişdir.

    Mahnılar: 50-yə yaxın