• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 noyabr 2026-cı il

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Azərbaycan Uşaq Filarmoniyasında 1-2 noyabr tarixlərində keçirilmiş Beynəlxalq Klassika Musiqisi “Viva Music” adlı müsabiqədə iştirak etmişlər.

    Müsabiqənin münsiflər heyətinin üzvü Əməkdar müəllim, professor Nərminə Quliyevanın tələbələri Şükran Cəfərov (l yer), Nuranə Salamova (Grand Pri); həmçinin  professor Elnarə Kəbirlinskayanın tələbəsi Humay Hacıyeva (laureat), Alla Əfəndiyevanın  tələbələri Ayşə Məmmədova (lll yer), Xəlil Mütəllibov (l yer), uğurla müsabiqədə çıxış etmişlər.

    Tələbələri və müəllimi bu uğur münasibətilə təbrik edir,müvəffəqiyyətlər arzu edirik!