• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Zeynalova Nuranə Şıxəli qızı

    Müəllim

    Doğum yeri:   Azərbaycan, Bakı şəh.

    Təhsili:   1988-ci ildə 250 saylı orta məktəbə və 33 saylı Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə daxil olub. II sinifdə oxuyarkən Azər Dadaşovun sinfində bəstəkarlıqla məşğul olmağa başlayıb.

    1995-ci ildə 7 illik musiqi məktəbini əla qiymətlərlə bitirərək Bakı Musiqi Akademiyası nəzdində orta ixtisas musiqi məktəb-studiyasının fortepiano sinfinə daxil olub. Eyni zamanda professor Gülnaz Abdullazadənin sinfində bəstəkarlıq təhsilini davam etdirib.

    1999-cu ildə orta məktəbi və məktəb-studiyanı əla qiymətlərlə bitirərək Bakı Musiqi Akademiyasının fortepiano ixtisası üzrə professor Tərlan Seyidovun sinfinə daxil olub. Fakultativ olaraq Xəyyam Mirzəzadənin sinfində bəstəkarlıqla məşğul olub. 2003-cü ildə bakalavrı fərqlənmə diplomu ilə bitirərək magistratura pilləsinə qəbul olub.

    2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək Bakı Musiqi Akademiyasının assistent-stajorluğuna daxil olmuş, 2007-ci ildə yüksək dərəcəli fortepiano ifaçısı, orkestr solisti ixtisası üzrə əla qiymətlərlə ali məktəbi bitirib.

    Pedaqoji fəaliyyəti:    Iş təcrübəsinə ilk dəfə olaraq 8 saylı Uşaq Musiqi Məktəbində başlayıb. 2003-cü ildən Bakı Musiqi Akademiyasının məktəb-studiyasında konsertmeyster və fortepiano ixtisası üzrə müəllim işləyib.  2008-ci ildən Bakı Musiqi akademiyasının fortepiano kafedrasında professor Tərlan Seyidovun sinfində assistent kimi çalışıb. Hal-hazırda BMA-nın fortepiano kafedrasında və məktəb-studiyada müəllim vəzifəsində çalışır.

    Elmi və ifaçiliq fəaliyyəti:   Müxtəlif konsert və müsabiqələrin iştirakçısı olmuş, məqalə və elmi-metodiki işləri qəzet və jurnallarda çap olunmuşdur.

    2016-cı ildə “Azərbaycan fortepiano ifaçılığında elmi axtarışların tətbiqi problemləri” adlı dissertasiya mövzusu üzərində işləyir. (Elmi rəhbər – G.Abdullazadə).