Əlizadə Züleyxa Əliağa qızı
Baş müəllim
Doğum yeri: Azərbayjan, Bakı şəh.
Təhsili: 1956–cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konseryatoriyanın nəzdində olan «İstedadlı uşaqlar üçün Xüsusi Musiqi məktəbinə» fortepiano bölməsinə daxil olub (müəllim D.T.Mirzəquliyevanın sinfi). Həmin ildə Azərbaycan Dövlət Konservatoriyanın fortepiano ixtisası üzrə axşam şöbəsində təhsil alıb (müəllim O.H.Abasquliyevin sinfi).
Pedaqoci fəaliyyəti: 1968–ci ildə Təhsil Nazirliyinin təyinatı ilə 8 saylı Uşaq Musiqi Məktəbinə müəllim və konsertmeyster vəzifəsində çalışmışdır. 1986–1993–cü ilə qədər həmin məktəbin fortepiano şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1993–1998 –ci ilə qədər 2 saylı Uşaq Musiqi məktəbində müəllim vəzifəsində işləmişdir. 1999–2013–cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Musiqi Akademiyasının nəzdində olan Orta – İxtisas Musiqi Məktəb – studiyasında müəllim vəzifəsində işləmişdir. 2010 – cu ildən Bakı Musiqi Akademiyanın 1 saylı “İxtisas fortepiano” kafedrasına müəllim vəzifəsinə qəbul olunub. Hal–hazırda burada baş müəllim vəzifəsində çalışır.
Elmi və ifaçılq fəaliyyəti: 5 elmi əsərin müəllifidir. 20.12.2011–ci ildə Azərbaycan Respublika Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı ilə təltif edilmişdir.