Şəfiyeva Zemfira Mənsur qızı
Professor, Əməkdar müəllim
Doğum yeri və tarixi: Rusiya, Moskva şəhəri.
Təhsil: 1951-1962–ci illərdə o, Bül-bül adına orta İxtisas Musiqi məktəbində təhsil alıb.
1962-ci ildə Üz.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında, 1982-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasıda, 1988-cı ildə B.Dvarionas adına Vilnüs Dövlət Konservatoriyasında, 1999-cu ildə Azərbaycan Pedaqoji Kadrların İxtisas Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunda ixtisasartırma kurslarında olmuşdur.
Pedaqoji fəaliyyəti: 1967-ci ildə o, ADN-nın vokal kafedrasının konsertmeysteri, 1968-ci ildən isə 1 saylı “ixtisas fortepiano” kafedrasının müəllimidir.
1970-1971-ci illərdə gənc perspektivli kadr kimi Z.M.Şəfiyeva N.A Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında professor D. A. Svetozarovun sinfində birillik stajorluq kursunu keçmişdir.
1995-ci ildə Z.M.Şəfiyeva eyni zamanda BMA-nın nəzdində fəaliyyət göstərən Məktəb-Studiyasında müəllim, 1998 - 2000-ci illərdə isə fortepiano şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Elmi və ifaçılıq fəaliyyəti: Z.M.Şəfiyevanın elmi-metodik işləri də təqdirə layiqdır. Onun 1 dərs vəsaiti, 8 metodik tövsiyəsi, 1 proqramı və 3 elmi məqalələri vardır. 1991-ci ildən Z.M.Şəfiyeva Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvüdür. Z.M.Şəfiyevanın əməyi dəfələrlə fəxri fərmanlarla qeyd olunmuşdur.
1994 cü ildə Z.Şəfiyeva dosent elmi adına layiq görülüb. 2008-ci ildə o, musiqi təhsilindəki xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. 2010-cu ildə Z.Şəfiyeva professor elmi adına layiq görülüb.