Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


Ruslan Əkrəm oğlu Tağıyevin “Bayatı-şiraz muğamının inkişaf mərhələləri və ifa xüsusiyyətləri” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Fidan İrza qızı Nəsirova-Əhmədovanın “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal instrumental janr” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

21 iyun 2022-ci il

21 iyun 2022-ci il tarixində Bakı Musiqi Akademiyasının Qara Qarayev adına konfrans zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

"Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Erməni plagiatına məruz qalmış qərbi Azərbaycan yallıları” adlı  kitabının təqdimatı keçirildi.

 Kitab, 27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin, başda cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində qazandığı tarixi qələbənin nailiyyəti kimi, 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu maddəsində nəzərdə tutulan “Zəngəzur dəhlizi” nin açılmasına həsr olunub. Kitabda 40- dan çox yallı havasının melodiyası əldə edilmiş və notlaşdırılmışdır. Eyni zamanda müəllif tərəfindən “Ağbaba”, “Ulu yurd” , “Gülbəndi” , “Göyçə”, “Qaraçuxa” , “Gülü basma” , “Hacı Nəzər” və başqa yallıların adları kitabda qeyd olunmuşdur.

Ön söz elmi redaktor Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə verildi. Təqdimat mərasimində Gülnaz xanım öz çıxışında bu kitabı çox yüksək qiymətləndirərək onun elmi əsaslara istinad olunaraq yazıldığını qeyd etdi və Rauf Bəhmənlinin yaradıcılığına uğurlar arzuladı.

Elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə qonaqları və laboratoriyanın əməkdaşlarını salamladı. Nuridə İsmayılzadə ilk növbədə laboratoriyanın fəaliyyətindən, hər bir əməkdaşın öz işini layiqincə yerinə yetirməsindən, Rauf Bəhmənlinin fəal yaradıcılığından və əldə etdiyi nailiyyətlərdən söz açdı. Çıxışda eyni zamanda elmi laboratoriyanın iki il ərzində fəaliyyət göstərdiyi yaradıcılıq uğurlarından ibarət slayd təqdim olundu. Daha sonra  sözü auditoriyanın digər üzvlərinə verdi.

“Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov öz çıxışında təqdimatın təşkilində böyük səyi olan bu musiqi ocağının rəhbərliyinə öz təşəkkürünü bildirdi və kitabın ictimai əhəmiyyətindən danışdı.

Növbəti söz professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovaya verildi. Elnarə Dadaşova öz çıxışında kitabın xalq üçün çox dəyərli olduğunu vurğuladı.

Sonra söz Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevə verildi. Ramiz Quliyev çıxışında Rauf Bəhmənliyə  kitabında notlaşdırdığı yallıların orkestr üçün işləməsini tövsiyyə etdi.

Növbəti söz professor, sənətşünaslıq üzrə elmlər doktoru, əməkdar incəsənət xadimi İmruz Əfəndiyevaya verildi. İmruz Əfəndiyeva öz çıxışnda Rauf Bəhmənlini təbrik etdi və bu kitabın cəmiyyət üçün  nə qədər önəmli olduğunu vurğuladı.

Növbəti çıxış sənətşünaslıq üzrə fəlsəfə doktoru ,professor Arif Əsədullayevə verildi. Arif Əsədullayev çıxışında qeyd etdi ki, hər bir şəxsin yaratdığı mənbə xalq üçün nəzərdə tutulmalı və hər bir şəxs cəmiyyət üçün , mədəniyyət üçün dəyərli mənbə qoymalıdır.Arif Əsədullayev bu kitabı çox yüksək dəyərləndirərək Rauf Bəhmənliyə öz təşəkkürünü bildirdi və bu işin davam etməsini tövsiyyə etdi.

Tədbirin sonunda  xalq artisti , böyük elmi işçi, dosent  Zümrüd Məmmədova, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, aparıcı elmi işçi , bəstəkar Rüfət Ramazanov  və laboratoriyanın digər əməkdaşları Rauf Bəhmənlini təbrik etdi və ona yaradıcılıq işlərində uğurlar arzuladırlar.

Son olaraq tədbirdə professor, SSRİ və Azərbaycanın xalq artisti, rektor Fərhad Bədəlbəyli , elmi redaktor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadəyə, elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə , professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru,  əməkdar incəsənət xadimi, bəstəkar Elnarə Dadaşovaya və sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənliyə diplom və simvolik hədiyyələr təqdim edildi.

                                                                                                                   

Elmi  tədqiqat laboratoriyasının

aparıcı elmi işçi, sənətşünaslıq üzrə

fəlsəfə doktoru, dosent  

                                                                                R.A.Süleymanova

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı