Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert
17 aprel 2024-cü il
Saat:13:00 Böyük zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnara Dadaşovanın 16 aprel 2024-cü il tarixində “Polifoniya” fənni üzrə Açıq dərsi
Saat:15:00, Otaq №215


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona Inyakinanın 17 aprel 2024-cü il tarixində “Harmoniya” fənni üzrə AÇIQ DƏRSİ
Saat: 15:00, Otaq № 413


18 aprel saat 16.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İcbari Tibbi Sığorta üzrə BMA-nın professor, müəllim və tələbə heyəti ilə maarifləndirici seminar-təlim keçiriləcək. Hörmətli müəllimlər! Siz sağlamlığınızı qorumaq üçün faydalı məlumatlar əldə edə bilərsiniz.


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

10 noyabr 2020-ci il

 Musiqi və rəssamlıqda satıranın “rəngləri”

Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının növbəti onlayn seminarı

Cari ilin noyabr ayının 10-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Könül Əhmədovanın  “Musiqi və rəssamlıqda satiranın “rəngləri” adlı Zoom proqramı ilə onlayn seminarı keçirildi. 

Könül Əhmədova Azərbaycanda kitab qrafikası sənətinin əsasını qoymuş müasir Azərbaycan satirik qrafikasının və teatr dekorasiyası janrlarının banisi Əzim Əzimzadənin 140 illik münasibətilə karikatura janrına ekskurs etdi. Karikatura janrının tarixi inkişafı yolu haqda,  Azərbaycanda XVI-XVII əsrlərdə yaşayıb yaratmış sənətkarların yaradıcılığında  satirik tərzdə yaranmış miniatürlərin həm adlarını, həm də rəsm əsərlərini təqdim etdi. Məhz bu miniatürlər sonralar Azərbaycanda  karikatura janrının başlanğıcı kimi hesab edilir. Azərbaycanda karikaturanın əsası müstəqil janr kimi formalaşması XX əsrin əvvəllərində “Molla Nəsrəddin” həftəlik satirik-yumaristik jurnalının yaranması ilə qoyuldu.  Bununla yanaşı jurnalın yaranması və jurnalda fəaliyyət göstərən ziyalıların adları da məruzəçi tərəfindən qeyd edildi. Xüsusən də jurnalın rəssamı  Ə.Əzimzadə  teatr-dekorasiya sənəti sahəsində  böyük işlər görmüşdür. O, Ü.Hacıbəyli, Z.Hacıbəyov -  “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu”, “Aşıq Qərib”, “Koroğlu” operalarının, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarının bədii tərtibatını vermiş, geyim eskizlərini çəkmişdir. Azərbaycanda “Molla Nəsrəddin” jurnalının  sevilməsi başqa bir sıra satirik formada jurnalların yaranmasına səbəb oldu.  Amma “Molla Nəsrəddin” jurnalı kimi bu jurnalların fəaliyyəti o qədər də uzun çəkmədi.

Məruzəçi karikatura janrının ən yeni tarixinə qədər Azərbaycanda keçirilən karikatura müsabiqələrinin təsvirini təqdim edərək, bu müsabiqələrin yaradıcısı, müsabiqələrdə tədqiqi, təbliği haqda çox ətraflı məlumat verdi. Dövrü mətbuatda dərc olunan məqalələrdə müsabiqələr ilə bağlı materiallar da təqdim olundu.   

Satiranın bir başa və ya dolayı yolla özündə ehtiva edən Azərbaycan bəstəkarlarından M.Quliyevin bas və fortepiano üçün “Triptix” əsərindən “Güzgüyə bax” kompozisiyası haqda çox dərin, maraqlı və dolğun məruzə ilə çıxış etdi. Onu da qeyd etmək lazımdır ki,  əsər Könül Əhmədova tərəfindən M.F.Axundov Milli kitabxananın arxivindən əldə olunub, laboratoriya əməkdaşlarına ilk dəfə təqdim olundu. Bəstəkarın musiqi dilinin bütün janr, forma, harmoniya xüsusiyyətləri peşəkar musiqişünas tərəfindən yüksək səviyyədə təhlil olunmuşdu.  Məruzəçi tərəfindən musiqinin Sibelius proqramında yazılıb səsləndirilməsi də çox tədqirəlayiq idi.

Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, elmi işçi Nəsirova Fidan  öz ürək sözlərini söylədilər.  Suallar isə məruzəçi tərəfindən cavablandırıldı.

      

Nəsirova Fidan
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
 “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və
onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika”
elmi-tədqiqat laboratoriyasının elmi işçisi

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı