Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Rəfiqə Ehtiram qızı Quluzadə tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan pianoçularının formalaşmasında XX əsr rus musiqisinin rolu” dissertasiya işinin elmi seminarı

Şanə Vüqar qızı Məmmədova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan musiqi mədəniyyəti kontekstində bəstəkar Vasif Allahverdiyevin yaradıcılığı” dissertasiya işinin elmi seminarı


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


"Metodika və Xüsusi Pedaqoji Hazırlıq" kafedrasının İxtisas musiqi məktəb-studiyası şagirdləri ilə açıq dərsləri
19 aprel 2024-cü il
Saat:17:00 Kiçik zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


"Azərbaycan cazı: tarix və müasirlik" mövzusunda dəyirmi masa
30 aprel 2024-cü il
Saat:13:00-15:00
Q.Qarayev adına Konfrans zalı


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Nəfəs və zərb alətləri" kafedrasının dosenti Orxan Zeynalının 19 aprel 2024-cü tarixində "Fleyta" ixtisası üzrə açıq dərsi.
Otaq №405, saat: 13:00


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti Aliyə Məmmədovanın  19 aprel 2024-cü tarixində "Harmoniya" fənni üzrə açıq dərsi.
Səsyazma otağı, saat: 16:40


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Ixtisas-fortepiano kafedrasının professoru, Əməkdar müəllim Laləxanım Rzayevanın 23 aprel 2024-cü il tarixində “Ifaçılıq sənətinin tarixi” fənni üzrə “K.Debüssi-pianizm” mövzusunda AÇIQ DƏRSİ
BMA-nın SABAH sinfində 23 aprel Saat 16:40


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

12 avqust 2020-ci il

“Heç bir kollektiv–nə trio, nə kvartet, nə orkestr violonçelsiz olmur...” -Əməkdar incəsənət xadimi, professor NƏZMİYYƏ ABBASZADƏ.

Şərq ölkələrinin mədəniyyətində, musiqi incəsənətində adını ilklər sırasına yazdırmağa müvəffəq olmuş azərbaycanlı qadınların rolu danılmazdır. İlklər sırasında olan - Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə  məhz  ilk azərbaycanlı qadın violonçel ifaçısdır.

  -Nəzmiyyə xanım, atanız mühəndis olub, eyni zamanda skripkada ifa edib, ananız isə iqtisadçı olmağına baxmayaraq, Sizin pianoçu olmağınızı arzulayıb. Bəs violonçel alətinə məhəbbət sizdə necə yaranıb?

-Bilirsiniz, 50-ci illərdə fortepiano alətinə böyük maraq var idi. Ona görə də anam çox arzu edirdi ki, mən fortepiano ifaçısı olum və məni yoxlamaq üçün 11 illik musiqi məktəbinin direktoru tanınmış pianoçu, professor Kövkəb xanım Səfərəliyevanın yanına gətirdi. O da məni yoxlayandan sonra, violonçel sinfində oxumağım üçün anamı dilə tutdu. Dedi ki, indi violonçel ixtisasında oxuyan qızlar yoxdur, əgər qızınızı violonçel sinfinə qoysanız o, gələcəkdə bu alətdə çalan ilk qadın ifaçı olar. Elə də oldu, Kövkəb xanımın dedikləri özünü doğrultdu. Sonralar mən evdə violonçeldə ifa etdikdə, anam bu alətin səsinə aşiq olmuşdu, hətta hesab edirdi ki, ən gözəl səs violonçel alətinin səsidir. Alətə məhəbbətə gəldikdə isə uşaq vaxtı təbii ki, bu məhəbbəti anlamırsan, heç fərqində olmursan. Artıq böyüdükcə alətə məhəbbət yaranmağa başladı və violonçel aləti mənim həyatımın ayrılmaz bir parçası oldu.

-Özünüzü ilk qadın violonçel ifaçısı kimi görmək necə bir hissdir?

-Əlbəttə ki, ilk azərbaycanlı qadın violonçel ifaçısı olmaq insan üçün çox xoşdur, qürurvericidir. Eyni zamanda birinci olmaq da çox çətindir. Amma mən heç vaxt birinci olmağı qarşıma məqsəd qoymamışam, buna can atmamışam. Sonralar həyat elə gətirdi ki, mən ilk azərbaycanlı qadın violonçel ifaçısı oldum.

-Əgər violonçel ifaçısı olmasaydınız hansı sahənin ilk qadın təmsilçisi olardınız?

-Mən  uşaqlıqdan tək musiqi ilə yox, ümumiyyətlə hər işlə maraqlanan olmuşam və bacarığım da olub. Hələ məktəbdə oxuyarkən riyaziyyat və həndəsə fənnlərinə böyük marağım olub, riyazi fənnlərin öhdəsindən çox yaxşı gəlirdim. Sonra müxtəlif əl işləri ilə maraqlanırdım, şirniyyatlar hazırlayırdım. Amma az öncə qeyd etdiyim kimi hansısa sahədə birinci olmağa çalışmamışam. Düşünürəm ki, musiqiçi olmasaydım, mütləq istənilən sahədə müəyyən mövqe tutardım.

-“Qadınlar kvarteti”nin yaradıcısı və aparıcı solisti olmusunuz. Müxtəlif şəhərlərdə konsert proqramları ilə çıxış etmisiniz. O illərə bir nəzər salaraq, təəssüratlarınızı bizimlə bölüşərdiniz.

-Ümumiyyətlə, mən hər zaman kamera musiqisinə meyilli olmuşam. Biz dörd qız da bir yerdə oxuyub, rəfiqə olmuşuq. Rəfiqə olaraq da sonradan kvartet ifaçısı olmaq qərarına gəldik. Mən özümü çox xoşbəxt hiss edirəm ki, hər zaman qarşıma yaxşı müəllimlər çıxıb – Azərbaycan violonçel ifaçılıq məktəbini yaradan ixtisas fənnindən professor Sabir Əliyevin sinfində oxumuşam, kvartet sinfinin rəhbəri isə professor  Rəşid Seyidzadə olub. Müəllimlərimizlə çox maraqlı dərs prosesləri keçirdi, onlar bizi kvartet musiqisinə həvəsləndirirdilər. Biz hələ tələbə ikən ciddi və çətin proqramlarla çıxış edirdik, klassik əsərlər üzərində çox çalışırdıq (L.Bethoven, D.Şostakoviç, K.Debüssi, Q.Qarayev və s.). O vaxtlar Konservatoriyanın rektoru görkəmli bəstəkar Cövdət Hacıyev idi. O, bizə çox dəstək olurdu və bizi ildə 3-4 dəfə Moskvaya ezamiyyətə, konsultasiyalara göndərirdi. O zamanlar gənc bəstəkarların əsərlərini ifa edərək, sonralar Bəstəkarlar İttifaqının plenumlarında çıxış edirdik. Deyə bilərəm ki, biz kvartet olaraq, çox maraqlı ifaçılıq həyatı yaşamışıq və ifaçı olaraq səhnəyə nə qədər çox çıxırdıqsa, ifamız da  bir o qədər püxtələşirdi. Səhnəyə çıxdığımız an ifaçılarda qəribə  hisslər yaranırdı  və  hər dəfə əsərlərə müxtəlif  yanaşmalar aşkar edilirdi.

-Siz aspirantura təhsilinizi P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında almısınız. Oradakı təhsil illərinizdən bizə məlumat verərdiniz.

-Aspirantura təhsil illərimiz, Moskva Konservatoriyasının mühiti olduqca maraqlı idi. Orada professorlarla tələbələr arasında səmimi ünsiyyət vardı. Moskvada təhsil aldığımız zaman M.Rastropoviç, D.Oystrax kimi bir çox tanınmış musiqiçilərin, professorların dərslərində iştirak edirdik, dərs prosesini izləyirdik və onların ifalarını diqqətlə dinləyirdik. O mühit bizim gələcək musiqiçi kimi formalaşmağımızda böyük rol oynamışdı. Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmək  doğurdan da böyük bir məktəbdir. Orada əldə etdiyimiz biliklər bizim üçün sanki sanballı baqaj rolunu oynamışdı və gələcəkdə biz bu baqajdan lazımınca faydalana bildik. Ona görə də mən çox xoşbəxtəm ki, Moskva Dövlət Konservatoriyasında təhsil almışam, tanınmış musiqiçilərin əhatəsində böyümüşəm.

-Bəs gənclərin violonçel alətinə marağı necədir? Sizin tələbəlik illərinizdəki marağı indi də görə bilirsinizmi?

-Gənclərin, tələbələrin violonçel alətinə marağı, həvəsi çox böyükdür. Deyərdim ki, qızlarda daha çox maraq var, bəlkə aləti daşımaq xoşlarına gəlir. Amma istər musiqi məktəblərində, istər ali məktəblərdə bu alətə çox böyük tələb və maraq vardır ki, bu da çox sevindirici haldır.  

-Siz həm ilk violonçel qadın ifaçısı, həm də BMA-nın ilk qadın violonçel müəllimisiniz. Bütün bu ilklərə imza atmaq bir azərbaycanlı qadını üçün bu enerji, qüvvə haradan qaynaqlanır?

-Bütün bu enerji, bu qüvvə mənim şəxsi marağımdan, bu işə sevgimdən qaynaqlanır. Doğurdan da mən öz sənətimi çox sevirəm, dərsə, işə çox maraqla, həvəslə gedirəm. İşimin bəhrəsini görəndə isə çox sevinirəm. Tələbələrim, işim mənə bu enerjini verir. Çünki onların uğuru mənim də uğurumdur.

-Sizin neçə-neçə tələbələriniz prezident təqaüdçüləri, beynəlxalq və respublika müsabiqələləri laureatıdırlar. Artıq uzun zamandır ifaçılıqla məşğul olmamağınız məhz diqqətinizi daha çox pedaqoji fəaliyyətinə  yönəltmənizdənmi irəli gəlir?

-Əlbəttə, əsas işim pedaqoji fəaliyyətlə bağlıdır. 90-cı illərdən sonra bizim kvartetin tərkibi dəyişdi, biz başqa ifaçılarla çalışdıq. Tədricən ifaçılıq fəaliyyətimizi dayandırdıq. Mən də sonra dekan, kafedra müdiri oldum, elmi işlərlə və pedaqoji fəaliyyətlə daha çox məşğul olmağa başladım. O vaxt Azərbaycan dilində violonçel aləti haqqında heç bir kitab, ədəbiyyat yox idi. Ona görə violonçel ifaçılığı tarixi haqqında kitab, metodika dərsliyi yazdım. Bütün bunlara çox vaxt sərf olunurdu və ifaçılıqdan uzaqlaşmağa başladım. Lakin mənim pedaqoji fəaliyyətə olan sevgim ifaçılıq fəaliyyətimi üstələdi. Müəllimlikdən, bildiklərimi tələbələrimə öyrətməkdən böyük zövq alıram. Qazandığım nəaliyyətlərim də mənim prezident təqaüdçüləri, laureat tələbələrimdir. Bir çox tələbələrim xarici ölkələrdə işləyirlər və hamısı ilə də yaxın ünsiyyətdəyəm. Mən onları çox istəyirəm, onlar da bunu hiss edirlər. Ona görə də müəllimlik mənim üçün daha önəmli oldu.

-Nəzmiyyə xanım, violonçel aləti ilə yeni məşğul olmağa başlayanlar hansı çətinliklərlə ratslaşırlar?

-Ümumiyyətlə, violonçel alətində ilk tədris çox çətindir. Yeni məşğul olmağa başlayanlar istər keyfiyyətli alət (həmçinin alətin simləri) tapmaq baxımından, istərsə də ifa etmək baxımından bir bıra çətinliklərlə üzləşirlər. Birincisi, uşaqlar üçün aləti daşımaq çətindir. Mən həmişə qeyd edirəm ki, bu alətdə ifa edənin uğurunun yarısı müəllimin, yarısı isə valideynin üzərinə düşür. Çünki valideynin köməyi, nəzarəti mütləqdir. İkincisi, uşaqların əlləri, barmaqları fiziki baxımdan zəif olduğu üçün alətdə ifa etmək onlara çətinliklər törədir. Ona görə də burada ən əsas iş müəllimin üzərinə düşür. Müəllim uşağa alət arxasında necə oturmağın, əl və barmaq quruluşunun təməlini düzgün qoymalıdır. Uşaq böyüdükcə isə artıq başqa problemlər-alətin ifadəli səslənməsi üzərində işlənilir.

-Alətin indiki aktuallığını necə qiymətləndirirsiniz?

-Violonçel aləti indiki zamanda çox aktualdır və aktual da səslənir. Bu alətin səsi, tembri çox ürəyə yatandır. Həmçinin fikir vermişəm ki, bir çox filmlərdə məhz violonçel aləti səslənir, görünür ki, bu alətin tembri ilə insanın  hiss və duyğularını daha səmimi şəkildə göstərmək olur. Heç bir kollektiv - nə trio, nə kvartet, nə orkestr violonçelsiz olmur. Buna görə də violonçel öz aktuallığını itirmir, əksinə artırır.

-Hazırda klassik musiqidəki vəziyyət sizi qane edirmi?

-Təbii ki, hazırkı klassik musiqidəki vəziyyət məni qane etmir. 60-80-ci illərdə klassik musiqiyə maraq başqa cür idi, böyük maraq var idi. İndi isə gənc nəsil yüngül musiqi növünə meyillənirlər. Məncə indi əsas iş klassik musiqinin düzgün təbliğ olunmasıdır.  Düşünürəm ki, bu istiqamətdə televiziya kanalları da böyük səy göstərməlidirlər - klassik musiqinin janrları, bəstəkar yaradıcılığı və s. haqqında proqramlar hazırlamalıdırlar. Əvvəllər klassik musiqiyə dair silsilə verilişlər, konsertlər  dinləyicilərə təqdim olunurdu, tədricən insanlarda klassik musiqiyə diqqət, maraq, sevgi yaranırdı. İndi də bu istiqamətdə çox işlər görülməlidir. Hesab edirəm ki, artıq müəyyən işlər görülür. Mən ümumiyyətlə optimist insanam, bu sahədə də optimist düşünməyə çalışıram və hər şeyin düzələcəyinə ümid edirəm. Biz də gənclərə hər zaman dəstək olmağa, onlara əlimizdən gələn köməyi göstərməyə hazırıq.

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Mətbuat Xidmətinin əməkdaşı, musiqişünas

OFELYA İSGƏNDƏROVA.

 

 

 

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı