Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert
17 aprel 2024-cü il
Saat:13:00 Böyük zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnara Dadaşovanın 16 aprel 2024-cü il tarixində “Polifoniya” fənni üzrə Açıq dərsi
Saat:15:00, Otaq №215


BMA-sı “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona Inyakinanın 17 aprel 2024-cü il tarixində “Harmoniya” fənni üzrə AÇIQ DƏRSİ
Saat: 15:00, Otaq № 413


18 aprel saat 16.00-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İcbari Tibbi Sığorta üzrə BMA-nın professor, müəllim və tələbə heyəti ilə maarifləndirici seminar-təlim keçiriləcək. Hörmətli müəllimlər! Siz sağlamlığınızı qorumaq üçün faydalı məlumatlar əldə edə bilərsiniz.


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

Bәdәlbәyli Әfrasiyab Bәdәl bәy oğlu

(19.07.1907, Bakı— 6.01.1976, Bakı)

Bәstәkar, dirijor, musiqişünas-tədqiqatçı, librettoçu, publisist. Azәrbaycanın xalq artisti (1960).

Bakı Teatr Texnikumunda, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Leninqrad (Sankt-Peterburq) Konservatoriyasının nəzdindəki musiqi məktəbində (B.Zeydmanın bəstəkarlıq sinfində) təhsil alıb. P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının dirijorluq fakultəsində təkmilləşmə, S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrında dirijorluq təcrübəsi keçmişdir.

1930-cu ildәn ömrünün sonunadәk Azərbaycan Opera və Balet Teatrının dirijoru olmuşdur. Repertuarında olan dünya musiqisi klassiklərinin, Azərbaycan bəstəkarlarının, həmçinin özünün səhnə əsərlərini özünəməxsus bir istedadla təfsir etmişdir.

İlk Azәrbaycan baleti - “Qız qalası” baletinin (1940) müәllifidir. O, həmçinin, “Tərlan” baletinin, “Nizami”, “Söyüdlər ağlamaz”, “Xalq qəzəbi” (B.Zeydmanla birgə) operalarının, M.F.Axundovun, H.Cavidin, S.Vurğunun, C.Cabbarlının dram tamaşalarına musiqinin müəllifidir.

Əfrasiyab Bədəlbəyli eyni zamanda publisist, librettoçu və tərcüməçi kimi də fəaliyyət göstərmişdir. O, S.Ələsgərovun “Bahadur və Sona” operasının, Ə.Abbasovun “Qaraca qız”, B.Zeydmanın “Qızıl açar” və “Gülən adam” baletlərinin, eləcə də öz səhnə əsərlərinin librettolarını yazmışdır. O, P.Çaykovskinin “İolanta”, C.Rossininin “Sevilya bərbəri”, Z.Paliaşvilinin “Daisi”, R.Qliyerin “Şahsənəm” operalarının librettolarını azərbaycan dilinə tərcümə etmişdir.

Ə.Bədəlbəylinin bir musiqişünas kimi “Musiqi haqqında söhbət”, “Qurban Primov” monoqrafiyaları, “İzahlı-monoqrafik musiqi lüğəti” nəşr olunmuş, elmi-publisistik məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. İctimai musiqi xadimi kimi geniş fəaliyyət göstərən Ə.Bədəlbəyli müxtəlif illərdə Azərbaycan Dövlət Radio Komitəsinin, habelə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olmuşdur. O, 1934-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, “Musiqişünaslıq” bölməsinin rəhbəri olmuşdur.

Hazırda Bakı şəhərindəki 23 saylı musiqi məktəbi Əfrasiyab Bədəlbəylinin adını daşıyır.

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı